Sovetin sessiyalarında deputatlar Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq surətdə Sovetin səlahiyyətinə aid olan bütün məsələləri kollektiv və sərbəst müzakirə əsasında nəzərdən keçirir və həll edirlər.
Deputat Sovetin sessiyalarında və tərkibində seçildiyi Sovet orqanlarının işində iştirak etməlidir.
Sessiyaya kəlməsi mümkün olmadıqda deputat bu barədə Sovetin rəyasət heyətinə və ya sədrinə xəbər verir.