Qanunvericilik › Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Vərəmlə mübarizə sahəsində qeydiyyat və uçot

Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Vərəmlə əlaqədar aşkar olunmuş bütün hallar ərazi üzrə vərəm əleyhinə tibb müəssisələrində qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi qeydiyyata və uçota alınmalıdır. Bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal məlumat verilməlidir.

Patoloji-anatomik yarma zamanı şəxsin sağlığında vərəm xəstəliyinə tutulması müəyyən olunarsa, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal məlumat verilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver