Qanunvericilik › Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Vərəm əleyhinə tədbirlərin təşkili

Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasında vərəm əleyhinə tədbirlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.

Mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq, bütün müalicə-profilaktika müəssisələri üçün vərəm əleyhinə tədbirlərlə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarları məcburidir.

Vərəm əleyhinə yardımın təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən uzunmüddətli kompleks proqramlar əsasında təmin edilir.

Vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver