Vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrlar, digər mütəxəssislər və işçilər üçün təminat və imtiyazlar qanunvericiliklə müəyyən edilir.
Vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrların, digər mütəxəssislərin və işçilərin əlavə əmək haqları qanunvericiliklə müəyyən olunur. Vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrlar, digər mütəxəssislər və işçilər əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığorta edilirlər.
Vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrlar, digər mütəxəssislər və işçilər xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutularlarsa, bu halda həmin xəstəlik peşə xəstəliyi hesab olunur.
III fəsil
Vərəm əleyhİnə tədbİrlərİn təşkİlİ, hüquqİ tənzİmlənməsİ və malİyyələşdİrİlməsİ