5.1. Müvəkkil müstəqildir və yalnız Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına tabedir.
5.2. Müvəkkilin müstəqilliyinə aşağıdakı təminatlar verilir:
5.2.1. dəyişilməzliyi;
5.2.2. toxunulmazlığı;
5.2.3. dövlət orqanları, bələdiyyələr və digər qurumlar, onların vəzifəli şəxsləri tərəfindən onun fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi;
5.2.4. maddi və sosial təminatlar.
5.3. Fövqəladə və ya hərbi vəziyyətin, habelə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin elan edilməsi Müvəkkilin fəaliyyətini dayandırmır və ya məhdudlaşdırmır.