Qanunvericilik › Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu › Maddə 14

Maddə 14. Bank sistemi və pul tədavülü

Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası öz ərazisində bank işini və pul tədavülünü müstəqil surətdə təşkil edir.

Bank sistemi Azərbaycan Respublikasının Milli Bankından, Xarici İqtisadi Fəaliyyət Bankından, respublika banklarından və digər səhmdar-kommersiya banklarından, müxtəlif mülkiyyət formalarının başqa kredit idarələrindən ibarətdir. Bank idarələri iqtisadi cəhətdən müstəqildirlər və özlərinin fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tuturlar.

Azərbaycan Respublikasının kredit ehtiyatları bankların öz vəsaitindən, respublikanın ərazisində yerləşən müəssisələrin, birliklərin və təşkilatların bank hesablarındakı vəsaitin qalıqlarından, banklararası hesablaşmalardakı vəsaitdən, əhalinin pul əmanətlərindən, digər pul ehtiyatlarından ibarətdir, Azərbaycan Respublikası öz mənafeyini qorumaq üçün zərurət olduqda öz pul vahidini yaradır.

Azərbaycan Respublikasının Milli Bankı yalnız respublikanın Ali Sovetinə hesabat verir, ali emissiya idarəsidir, kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət siyasətini yeridir, bütövlükdə bank sisteminin fəaliyyətini tənzimləyir, respublikanın mənafeyini əsas tutaraq SSRİ Dövlət Bankı ilə qarşılıqlı əlaqədə ehtiyat bank funksiyalarını icra edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver