Qanunvericilik › Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. Mərkəzi Bankın İdarə Heyətinin səlahiyyətləri

Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

22.1. Mərkəzi Bankın İdarə Heyəti:

22.1.1. hər il üçün dövlətin pul və məzənnə siyasətini müəyyənləşdirir və təsdiq edir;

22.1.2. pul siyasətinin alətlərinə dair qərarlar qəbul edir, o cümlədən uçot dərəcəsini, özünün əməliyyatları üzrə faiz dərəcələrini, acıq bazarda əməliyyatların şərtlərini müəyyən edir;

22.1.3. yeni nümunəli pul nişanlarının tədavülə buraxılması və köhnə nümunəli pul nişanlarının tədavüldən çıxarılması barədə qərar qəbul edir;

22.1.4. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda valyuta tənzimi ilə bağlı Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmiş məsələlər barəsində qərarlar qəbul edir;

22.1.5. Mərkəzi Bankın büdcəsini və ona dəyişiklikləri təsdiq edir;

22.1.6. Mərkəzi Bankın kapital ehtiyatlarının formalaşdırılması və istifadə olunması qaydasını müəyyən edir;

22.1.7. Mərkəzi Bankın illik maliyyə hesabatını təsdiq edir;

22.1.8. beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanılması və idarə olunması strategiyası və qaydalarını müəyyən edir;

22.1.8-1. maliyyə bazarlarını tənzimləyən qanunlara müvafiq olaraq bu sahədə lisenziyaların verilməsi və ləğv edilməsi barədə qərar qəbul edir;

22.1.8-2. maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulmuş hallarda Mərkəzi Bankın nəzarət etdiyi subyektlərdə müvəqqəti inzibatçının təyin olunması və fəaliyyətinə xitam verilməsi, habelə rezolyusiya tədbirlərinin görülməsi barədə qərar qəbul edir;

22.1.8-3. bu Qanunun 3.2-ci maddəsinə müvafiq olaraq hüquqi şəxslərin yaradılması və (və ya) onlarda iştirak barədə qərar qəbul edir;

22.1.13. Mərkəzi Bankın təşkilati strukturunu və idarəetmə prosedurlarını müəyyən edir;

22.1.14. Mərkəzi Banka işə qəbul və əməkdaşların qiymətləndirilməsi qaydalarını, habelə Mərkəzi Bankın İdarə Heyətinin nomenklaturuna daxil olan vəzifələri müəyyənləşdirir, həmin vəzifələrə təyinatları və vəzifələrdən azad edilmələri təsdiq edir;

22.1.15. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərini Naxçıvan Muxtar Respublikasında müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsi ilə razılaşdırmaqla vəzifəyə təyin edir və vəzifədən azad edir;

22.1.16. Mərkəzi Bankda əməyin ödənilməsi formaları və miqdarını Azərbaycan Respublikasının bank sistemində uyğun əməkhaqqı səviyyəsi nəzərə alınmaqla müəyyənləşdirir;

22.1.17. Mərkəzi Bankın normativ xarakterli aktlarını təsdiq edir;

22.1.17-1. sosial layihələrin (tədbirlərin) maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edir;

22.1.17-2. məşvərətçi daxili komitələr yaradır və onların əsasnamələrini təsdiq edir;

22.1.17-3. fond birjasından kənarda qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə ticarətin təşkil olunduğu digər ticarət sistemini müəyyən edir;

22.1.18. bu Qanunla Mərkəzi Bankın İdarə Heyətinin səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver