Qanunvericilik › Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 23

Maddə 23. İdarə Heyətinin iclasları

Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

23.1. Mərkəzi Bankın İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq keçirilir.

23.2. İdarə Heyətinin iclaslarına Mərkəzi Bankın sədri, o olmadıqda, bu Qanunda nəzərdə tutulmuş qaydada onun səlahiyyətlərini həyata keçirən İdarə Heyətinin üzvü sədrlik edir.

23.3. İdarə Heyətinin iclaslarmı Mərkəzi Bankın sədri çağırır. İclaslar İdarə Heyətinin azı digər iki üzvünün tələbi ilə də çağırıla bilər.

23.4. İdarə Heyətinin üzvlərinə iclasın keçirilməsi yeri və vaxtı, habelə gündəliyinə çıxarılan məsələlər barədə, bir qayda olaraq, iclasa azı 3 gün qalmış məlumat verilir.

23.5. İdarə Heyətinin iclası təyin edilmiş İdarə Heyəti üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır və bunlardan biri sədr, yaxud onu əvəz edən şəxs olmalıdır.

23.6. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün və ya bu Qanunun 21.9-cu maddəsində göstərilən yaxın qohumunun maraqlarına toxunan məsələ çıxarıldıqda həmin üzv bununla bağlı maraqlan haqqında ətraflı məlumat verməli və bu məsələnin müzakirəsində iştirak etməməlidir. Bu zaman həmin üzv məsələyə dair səsvermədə iştirak etmir və onun iştirakı yetərsay müəyyən edilərkən nəzərə alınmır.

23.7. İdarə Heyətinin qərarları iclasda iştirak edən İdarə Heyəti üzvlərinin adi səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, iclasa sədrlik edən həlledici səsə malikdir, İdarə Heyətinin üzvü İdarə Heyətinin qəbul etdiyi qərarla razı olmazsa, bu barədə özünün əsaslandırılmış rəyini bildirə bilər.

23.8. İdarə Heyətinin iclaslarının protokolu tərtib edilir. Protokolu iclasa sədrlik edən və İdarə Heyətinin katibi imzalayır.

23.9. İdarə Heyətinin katibini Mərkəzi Bankın sədri İdarə Heyətinin üzvü olmayan əməkdaşlar sırasından təyin edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver