Qanunvericilik › Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Mərkəzi Bankın sədri

Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

24.1. Mərkəzi Bankın sədri Mərkəzi Bankın İdarə Heyətinin işini təşkil edir və eyni zamanda Mərkəzi Bankın icra strukturuna başçılıq edir.

24.2. Mərkəzi Bankın sədri aşağıdakı səlahiyyətlərə malikdir:

24.2.1. etibarnamə təqdim etmədən Mərkəzi Bankı Azərbaycan Respublikası daxilində və qanunvericiliklə müəyyən edilmiş qaydada xaricdə təmsil edir;

24.2.2. İdarə Heyətinin təsdiq etdiyi normativ xarakterli aktları imzalayır;

24.2.3. Mərkəzi Bankın bütün əməkdaşları üçün məcburi olan əmr və sərəncamlar verir;

24.2.4. İdarə Heyətinin nomenklaturuna daxil olmayan şəxsləri vəzifəyə təyin edir və vəzifədən azad edir;

24.2.5. müavinləri və Mərkəzi Bankın digər rəhbər işçiləri arasında vəzifə bölgüsünü aparır;

24.2.6. Mərkəzi Bankın fəaliyyətinə dair İdarə Heyətinin səlahiyyətinə aid edilməyən məsələləri həll edir;

24.2.7. bu Qanunla nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

24.3. Mərkəzi Bankın sədri olmadıqda onun səlahiyyətləri birinci müavin tərəfindən həyata keçirilir. Birinci müavin olmadıqda həmin səlahiyyətlər Mərkəzi Bankın sədrinin müəyyən etdiyi qaydada digər müavini və ya İdarə Heyətinin üzvü tərəfindən həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver