Qanunvericilik › Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 32

Maddə 32. Məcburi ehtiyatların müəyyənləşdirilməsi

Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

32.1. Mərkəzi Bank kredit təşkilatlarına məcburi ehtiyatlar saxlamaq barədə göstəriş verir. Ehtiyatlar öhdəliklərin faizi nisbətində müəyyən edilir və Mərkəzi Bankda saxlanılır. Tələb olunan ehtiyatların norması, hesablanması və saxlanması qaydası Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir. Ölkədə makroiqtisadi sabitliyin, maliyyə bazarlarının dayanıqlığının və sabitliyinin təmin olunması məqsədilə Mərkəzi Bank saxlanılan məcburi ehtiyatlar üzrə kredit təşkilatlarına faizlər ödəmək hüququna malikdir. Faizlərin ödənilməsi barədə qərar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən qəbul edilir. Faizlər İdarə Heyətinin qərarında göstərilən müddətdə ödənilir və məcburi ehtiyatlar saxlayan bütün kredit təşkilatlarına şamil edilir.

32.2. Saxlama dövrü ərzində kredit təşkilatı tərəfindən məcburi ehtiyatların hesablanması və ya saxlanması qaydası pozulduqda, Mərkəzi Bank saxlama dövründə məcburi ehtiyatların təmin edilməmiş məbləğinə aşağıdakı düsturla saxlama dövründə saxlanılmalı valyutanın emitenti olan mərkəzi bankın orta günlük uçot dərəcəsinin 2 misli, pozuntuya bir təqvim ili ərzində 3 və ya daha artıq halda yol verildikdə orta günlük uçot dərəcəsinin 3 misli məbləğində maliyyə sanksiyası tətbiq edir (bütün hallarda uçot dərəcəsi bir faizdən az olduqda maliyyə sanksiyasının hesablanması zamanı uçot dərəcəsi bir faiz kimi nəzərə alınır):

Burada:

𝐺𝑡 – t saxlama dövründə məcburi ehtiyatların təmin olunmamış hissəsi üzrə ödənilməli maliyyə sanksiyasının məbləği

𝑃𝑡 – t saxlama dövrü üzrə məcburi ehtiyatların orta günlük təmin olunmamış hissəsi

𝑛𝑡 – t saxlama dövründə təqvim günlərinin sayı

𝑆𝐷 – t saxlama dövründə valyutanın emitenti olan mərkəzi bankın orta günlük uçot (siyasət) dərəcəsi

b – pozuntunun təkrarlanmasından asılı olaraq tətbiq edilən əmsal.

32.3. Maliyyə sanksiyasının məbləği məcburi ehtiyatın təmin edilməməsi aşkar edildiyi gündən 5 (beş) iş günü müddətində bu halın aşkar edildiyi gün üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən rəsmi məzənnəyə uyğun olaraq manat ekvivalentində hesablanır və kredit təşkilatının Mərkəzi Bankdakı milli valyutada olan müxbir hesabından, bu hesabda kifayət qədər vəsait olmadıqda Mərkəzi Bankdakı xarici valyutada olan müxbir hesablarından (məcburi ehtiyatın təmin edilməməsinin aşkar edildiyi gün üçün Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq) tutulur.

32.4. Məcburi ehtiyatlar normasının təmin edilməməsinə görə maliyyə sanksiyasının tətbiqi ilə yanaşı, Mərkəzi Bankın İdarə Heyəti müvafiq kredit təşkilatının açıq bazar əməliyyatlarında iştirakını və ya ayrı-ayrı bank əməliyyatları aparmasını məhdudlaşdırmaq hüququna malikdir.

32.5. Hər hansı kredit təşkilatında Mərkəzi Bankın tətbiq etdiyi likvidlik normativlərindən kəskin kənarlaşma halında Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə həmin kredit təşkilatı məcburi ehtiyatların saxlanması tələbindən müvəqqəti azad edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver