33.1. Pul siyasətinin həyata keçirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi həyata keçirilir. Bu zaman verilən kreditlər dövlət qiymətli kağızları, dövlətin və digər etibarlı emitentlərin qarantiyaları və zaminliyi, xarici valyuta, qızıl, müxtəlif formada qiymətli metallar və digər aktivlərlə təmin olunmalıdır.
33.2. Yenidən maliyyələşdirilmənin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə Heyəti müəyyən edir.
33.3. Kreditlər kredit təşkilatlarının baş idarələrinə verilir.