39.1. Denominasiya halları istisna olmaqla, Mərkəzi Bank tədavüldə olan kağız və metal pulun yeni nümunəli pul nişanlarına dəyişdirilməsi haqqında qərar qəbul edir.
39.2. Mərkəzi Bank tədavüldə olan pul nişanlarının dəyişdirilməsi haqqında qərarım, habelə yeni pul nişanlarının təsvirini və pulların dəyişdirilməsi qaydaları haqqında məlumatı mediada dərc etdirir.
39.3. Yeni pul nişanlarının tədavülə buraxılması ilə əlaqədar pulların dəyişdirilməsi zamanı dəyişdirilmənin məbləğləri, yaxud subyektləri üzrə hər hansı məhdudiyyətə yol verilmir. Dəyişdirilməli olan pul nişanları Mərkəzi Bankın müəyyən etdiyi müddətdə, lakin bir ildən az olmamaq şərti ilə qanuni ödəniş vasitəsi sayılır. Həmin müddətdən sonra pul nişanları Mərkəzi Bank tərəfindən müddətsiz olaraq dəyişdirilir.
39.4. Saxta pul nişanlarının tədavüldən çıxarılması, məhv edilməsi və bununla əlaqədar müvafiq tədbirlərin görülməsi qaydaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir.