Qanunvericilik › Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 38

Maddə 38. Pul nişanlarının tədavülə buraxılması

Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

38.1. Yeni nümunəli pul nişanlarının tədavülə buraxılması haqqında qərarı Mərkəzi Bankın İdarə Heyəti qəbul edir. Mərkəzi Bank tədavülə buraxdığı pulların nominallarını, ölçüsünü, tərtibatını, mühafizə elementlərini, habelə digər bədii və texniki xüsusiyyətlərini müəyyən edir. Pul nişanlarının dizaynı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılır.

38.2. İnvestisiya, yubiley və xatirə pul nişanlarının tədavülə buraxılması haqqında qərarı Mərkəzi Bankın İdarə Heyəti qəbul edir. Mərkəzi Bank müəyyən etdiyi qaydada və qiymətlərlə buraxdığı investisiya, yubiley və xatirə pul nişanlarının satışını təşkil edir.

38.3. Mərkəzi Bank qiymətlər miqyasının dəyişdirilməsi (denominasiya) ilə əlaqədar yeni pul nişanlarının tədavülə buraxılması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla qəbul edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver