Qanunvericilik › Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 60

Maddə 60. Məxfilik (konfidensiallıq)

Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

60.1. Mərkəzi Bankın İdarə Heyətinin üzvləri və digər əməkdaşları səlahiyyətlərinin həyata keçirilməsi zamanı əldə edilmiş məlumatların məxfiliyini (konfidensiallığını) qorumalı, həmin məlumatları şəxsi və ya üçüncü şəxslərin maraqları və mənafeyi üçün istifadə etməməlidirlər.

60.2. Mərkəzi Bankın İdarə Heyətinin üzvləri və digər əməkdaşları vəzifələrinin icrası ilə əlaqədar onlara məlum olmuş xidməti məlumatı, o cümlədən dövlət, bank, sığorta və kommersiya sirrinə aid olan məlumatı Mərkəzi Bankda fəaliyyət göstərdiyi və sonrakı dövrdə yalnız “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda və digər müvafiq qanunlarda nəzərdə tutulmuş hallarda açıqlaya bilərlər. Məxfilik (konfidensiallıq) haqqında tələblər Mərkəzi Bankda yaradılan komitələrin, komissiyaların, məşvərətçi şuraların və işçi qrupların işinə cəlb edilən digər şəxslərə də şamil edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver