Qanunvericilik › Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Azərbaycan Respublikası tərəfindən göndərilən hərbi və mülki heyətin lokal sülhməramlı əməliyyatlarda iştirakının xüsusiyyətləri

Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Ərazisində münaqişə gedən dövlətin münaqişənin dayandırılmasında və tənzimlənməsində Azərbaycan Respublikasının yardım etməsinə və müdaxiləsinə razılığı olduqda, Azərbaycan Respublikasının həmin dövlətlə bağladığı ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələrə əsasən həyata keçirilən sülhün qorunması əməliyyatlarında iştirak etmək üçün Azərbaycan Respublikasının hərbi və mülki heyəti göndərilə bilər.

17.2. Azərbaycan Respublikası ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqaviləyə əsasən digər dövlətin ərazisində olan hərbi və mülki heyətindən həmin müqavilədə üzərinə götürdüyü öhdəlikləri pozmaqla istifadə edilməsinə, həmçinin öz heyətinin müqavilədə nəzərdə tutulmuş funksiyalarından kənar hərəkət etməsinə və digər dövlətin ərazisində müqavilədə nəzərdə tutulduğundan artıq müddətdə qalmasına yol verməməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver