17.1. Balıqçılıq su obyektlərində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılan monitorinq balıqçılıq su obyektlərində baş verə biləcək mənfi halların vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, habelə bu halların inkişafının proqnozlaşdırılması və zərərli təsirinin qarşısının alınması, həyata keçirilən balıqmühafizə tədbirlərinin səmərəliliyinin təmin edilməsi məqsədilə suların hidroloji, ixtioloji və hidrogeoloji göstəricilərinə, həmçinin balıqçı gəmilərinə və akvakultura təsərrüfatlarına müntəzəm müşahidə sistemindən ibarətdir.
17.2. Balıqçılıq su obyektlərinin monitorinqi “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi sisteminin tərkib hissəsidir.
17.3. Balıqçılıq sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) balıq ovu və akvakultura fəaliyyətinin izlənilməsi və pozuntuların aşkar edilməsi məqsədilə balıqçılıq subyektləri tərəfindən bu Qanunun 11.1.4-cü maddəsinə uyğun quraşdırılmış texniki nəzarət vasitələrinin məlumatlarını əldə etmək, habelə balıqçılıq sahəsində dövlət nəzarəti məqsədləri üçün müşahidə və monitorinq sistemləri yaratmaq, quraşdırmaq və onlardan istifadə etmək hüququna malikdir.