Qanunvericilik › Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Balıq və digər su bioresurslarının artırılmasının, mühafizəsinin və balıqçılığın elmi təminatının maliyyələşdirilməsi

Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

24.1. Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıqyetişdirmə, balıqartırma, balıqmühafizə və balıqçılıq su obyektlərinin meliorasiyası fəaliyyəti dövlət büdcəsinin vəsaiti və büdcədənkənar vəsait hesabına maliyyələşdirilir.

24.2. Müqavilə ilə istifadəyə və ya icarəyə verilmiş dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olan balıqçılıq su obyektlərində balıqyetişdirmə və balıqçılıq su obyektlərinin meliorasiyası işləri balıqçılıq su obyektlərinin mülkiyyətçiləri, istifadəçiləri və ya icarəçiləri tərəfindən maliyyələşdirilir.

24.3. Nərə cinsli balıqların və digər qiymətli balıq və digər su bioresurslarının artırılması və bərpası dövlət tərəfindən stimullaşdırılır.

24.4. Balıqçılığın elmi təminatı dövlət büdcəsi və büdcədənkənar vəsait hesabına müvafiq müəssisələr tərəfindən həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver