Qanunvericilik › Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 25

Maddə 25. Balıq və digər su bioresurslarının mühafizəsi və akvakulturanın stimullaşdırılması

Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

25.1. Azərbaycan Respublikasının normativ hüquqi aktlarında balıq və digər su bioresurslarının mühafizəsi, balıq ovu, akvakulturası və balıq emalı sahələrində məqsədli investisiya, subsidiya, güzəştli kredit və digər dövlət dəstəyi tədbirləri həyata keçirilir.

25.2. Balıq və digər su bioresurslarından istifadəyə görə ödənişlər və qeyri-qanuni ov və ya digər fəaliyyət nəticəsində təbiətə, o cümlədən balıq və digər su bioresurslarına dəymiş ziyanın məbləğinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş hissəsi balıq və digər su bioresurslarının artırılması və mühafizəsinin stimullaşdırılmasına yönəldilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver