19.1. Bu Qanunun 57-8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bank ən azı üç hüquqi və/və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır və fəaliyyət göstərir.
19.2. Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri-kommersiya təşkilatlan bankın səhmdarı ola bilməzlər.
19.3. Bank yalnız adlı səhmlər buraxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 106-1.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bankın imtiyazlı səhm mülkiyyətçiləri səs hüququna malik ola bilməzlər.
19.4. Bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nisbətən hər hansı əlavə üstünlüklərə malik ola bilməz və ya hər hansı əlavə vəzifələr daşıya bilməzlər.