Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Bank lisenziyasının və ya icazənin ləğvi haqqında qərarın dərc edilməsi və qüvvəyə minməsi

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Mərkəzi Bank bank lisenziyasının və ya xarici bankın yerli nümayəndəliyinin icazəsinin ləğv edilməsi haqqında qərarını onu qəbul etdiyi gündən etibarən 5 təqvim günü müddətində dövlət qeydiyyatı və vergi orqanlarına ləğvetmə haqqında bildiriş göndərməli və mediada rəsmi məlumat dərc etdirməlidir. Bank lisenziyasının və ya xarici bankın yerli nümayəndəliyinin icazəsinin ləğvi haqqında qərar, onda başqa müddət nəzərdə tutulmayıbsa, dərc edildiyi günün ertəsi günü qüvvəyə minir.

18.2. Bank lisenziyasının və ya xarici bankın yerli nümayəndəliyinin icazəsinin ləğvi haqqında qərarın qüvvəyə mindiyi gündən etibarən müvafiq bankın, filialın və nümayəndəliyin adında "ləğv prosesində olan" sözləri əlavə edilir və ona bank lisenziyasına və ya icazəyə əsasən müvafiq fəaliyyət növlərinin həyata keçirilməsi qadağan edilir. Bundan sonra bank, filial və ya nümayəndəlik qanunvericiliyə müvafiq surətdə bankın və ya xarici bankın yerli filialının iflası proseduruna başlanıldığı hallar istisna olmaqla, bu Qanunun tələbləri nəzərə alınmaqla qanunvericiliyə uyğun olaraq ləğv olunmalıdır.

18.3. Yerli və xarici banklar bank lisenziyasının və ya icazənin ləğv edilməsi haqqında Mərkəzi Bankın qərarından Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada məhkəməyə şikayət verə bilərlər. Şikayətin verilməsi Mərkəzi Bankın müvafiq qərarının icrasını dayandırmır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver