Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. Audit Komitəsi və daxili audit

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

27.1. Hər bir bankda müstəqil Audit Komitəsi və daxili audit bölməsi (departament, şöbə və s.) fəaliyyət göstərir.

27.2. Audit Komitəsinin səlahiyyətlərinə aşağıdakılar aiddir:

27.2.1. bankın audit siyasətini və strategiyasını müəyyən etmək;

27.2.2. daxili audit planlarmı təsdiq etmək və audit bölməsinin fəaliyyətinə nəzarəti həyata keçirmək;

27.2.3. kənar auditin təyin edilməsi ilə əlaqədar bankın səlahiyyətli idarəetmə orqanlarına təkliflər vermək;

27.2.4. kənar auditlə birgə işi təşkil etmək, auditin nəticə və tövsiyələrinin həyata keçirilməsinə yardım etmək;

27.2.5. bankın idarəetmə orqanları ilə kənar auditorlar, habelə nəzarət orqanları arasında əlaqələr qurmaq;

27.2.6. daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair Səhmdarların Ümumi Yığıncağına və Müşahidə Şurasına təkliflər vermək.

27.2.7. Mərkəzi Bankın normativ xarakterli aktları ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

27.3. Bankın Audit Komitəsi üç nəfərdən az olmamaqla tək sayda üzvlərdən ibarətdir. Komitənin üzvləri Müşahidə Şurası tərəfindən 3 ildən çox olmayan müddətə təyin edilir. Komitənin üzvləri növbəti müddətə yenidən seçilə bilər. Müşahidə Şurası Komitənin üzvlərindən birini Komitənin sədri təyin edir. Audit Komitəsinin üzvlərinin əmək haqqı formasında muzdu Müşahidə Şurası tərəfindən təyin edilir.

27.4. Bu Qanunun 10-cu maddəsinin müvafiq tələblərinə uyğun gəlməyən, habelə bankın İdarə Heyətinin üzvləri və bankın səhmdarları bankın Audit Komitəsinin üzvü ola bilməz və Müşahidə Şurasının qərarı ilə Audit Komitəsinin üzvləri vəzifəsindən azad edilməlidirlər. Müşahidə Şurasının üzvləri (bankın səhmdarları istisna olmaqla) Audit Komitəsinin üzvü ola bilərlər.

27.5. Audit Komitəsi onun iclasında üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasların keçirilməsi qaydası Audit Komitəsi haqqında təsdiq edilmiş əsasnamədə müəyyən edilir.

27.6. Audit Komitəsinin qərarları yığıncaqda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir, üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda Audit Komitəsi sədrinin səsi həlledici sayılır.

27.7. Daxili audit bölməsi (departament, şöbə və s.) Audit Komitəsinin nəzarəti altında fəaliyyət göstərir və bankın icra orqanı ilə qarşılıqlı surətdə bankda daxili nəzarət və risklərin idarə edilməsi sisternlərinin fəaliyyətinin səmərəliliyinə fasiləsiz nəzarəti həyata keçirir;

27.8. Daxili audit bölməsinin rəhbəri və əməkdaşları Audit Komitəsinin təqdimatı ilə bankın Müşahidə Şurası tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur.

27.9. Bankda Audit Komitəsinin və daxili audit bölməsinin fəaliyyətinin standart və qaydalarını Mərkəzi Bank müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver