39.1. Banklar bank əməliyyatları haqqında bağlanmış müqavilələr və icra edilmiş müqavilələr (əqdlər) üzrə müvafiq sənədləri, o cümlədən elektron daşıyıcılarda olan informasiyanı, habelə fəaliyyətləri nəticəsində yaranan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada və müddət ərzində saxlamalıdırlar.
39.2. Banklar ölkədaxili və transsərhəd əməliyyatlara dair bütün məlumat və sənədlərin, müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədlərin, işgüzar yazışmaların, hesablara, habelə aparılmış hər hansı təhlilin nəticələrinə dair məlumat və sənədlərin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində qeyd olunan müddətdə saxlanılmasını təmin etməlidirlər.