Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 57-1

Maddə 57-1. Bankın müvəqqəti inzibatçı tərəfindən idarə edilməsi

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

57-1.1. Müvəqqəti inzibatçı bu Qanunla bank inzibatçıları üçün müəyyən edilmiş tələblərə cavab verməlidir.

57-1.2. Ödəmə qabiliyyətini itirmiş banka aidiyyəti olan şəxslər, bankın səhmdarları, kreditorları və borcluları müvəqqəti inzibatçı təyin edilə bilməzlər. Bu kimi halların mövcudluğu müvəqqəti inzibatçı təyin olunduqdan sonra aşkar olunarsa, inzibatçının fəaliyyətinə xitam verilir.

57-1.3. Bankın idarə edilməsi ilə bağlı bütün xərclər bankın vəsaiti hesabına həyata keçirilir. Bankın idarə edilməsi üçün bankın öz vəsaiti olmadıqda, bankın idarə edilməsi Mərkəzi Bank tərəfindən təsdiq edilmiş xərclər smetası əsasında Mərkəzi Bankın vəsaiti hesabına həyata keçirilir. İdarə edilməsi üçün kifayət qədər vəsaiti olmayan bankın rezolyusiyası 3 ay müddətində başa çatdırılmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver