61.1. Bank barəsində iflas proseduruna aşağıdakı əsaslardan biri və ya bir neçəsi üzrə başlanıla bilər:
61.1.1. bankın məcmu kapitalının miqdarı banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarının 25 faizindən və ya məcmu kapitalın adekvatlıq əmsalının 3 faizdən az olduğu Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir;
61.1.2. bank (bu Qanunun 57-11-ci maddəsinə əsasən bankın öhdəliklərinin könüllü restrukturizasiyası məsələlərinə dair bankla Mərkəzi Bank arasında yazılı razılaşma bağlandığı andan restrukturizasiyasının aparıldığı müddət istisna olmaqla) öz maliyyə öhdəliklərini onların icra vaxtı çatdıqda yerinə yetirməyə qadir deyildir;
61.1.3. bank (bu Qanunun 57-11-ci maddəsinə əsasən bankın öhdəliklərinin könüllü restrukturizasiyası məsələlərinə dair bankla Mərkəzi Bank arasında yazılı razılaşma bağlandığı andan restrukturizasiyasının aparıldığı müddət istisna olmaqla) vaxtı çatmış maliyyə öhdəliklərini kreditorlar tərəfindən tələblər irəli sürüldükdə ödəməyə qadir deyildir.