Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 89

Maddə 89. Birdən çox ölkədə filial şəbəkəsi olan bankların ödəniş qabiliyyətinin olmaması

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

89.1. Birdən çox ölkədə filial şəbəkəsi ilə fəaliyyət göstərən müflis olmuş bankın aktivlərindən yerli və xarici kreditorların bərabər istifadəsini təmin etmək üçün:

89.1.1.yerli müflis bankın başqa ölkədə filialları və nümayəndəlikləri olduqda, Mərkəzi Bank həmin ölkənin bank tənzimlənməsi və nəzarəti orqanları ilə mümkün olduğu qədər əməkdaşlıq edir;

89.1.2.yerli müflis bankın kreditoru öz tələblərini başqa ölkədə bankın filialından qismən almışdırsa, kreditorun tələbləri üzrə ödənilməmiş qalıq müflis elan olunmuş banka təqdim edilə bilər;

89.1.3.məhkəmə bankın müflis elan olunmasına dair xaricdə qəbul edilmiş qərarı və xarici bankların aktivlərinin qorunması və maliyyə sağlamlaşdırılması üçün xaricdə görülmüş tədbirlərin onların Azərbaycan Respublikasındakı filiallarına nə dərəcədə aid olmasını müəyyən edir;

89.1.4.xarici bank yerləşdiyi ölkədə ləğv prosesində olduqda, Mərkəzi Bank xarici bankın yerli filialının Azərbaycan Respublikası ərazisində olan kreditorlarının mənafelərinə uyğunluğu baxımından aktivlərin köçürülməsini və ya verilməsini məqbul sayarsa, həmin aktivlərin xarici ölkədəki ləğvediciyə köçürülməsinə və ya verilməsinə dair qərar çıxarılması üçün məhkəməyə müraciət edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver