Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 93

Maddə 93. Keçid müddəalar

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

93.1. Bu Qanun qüvvəyə mindiyi tarixdən bir il ərzində fəaliyyətdə olan banklar aşağıdakı tələblərin yerinə yetirməsini təmin etməlidirlər:

93.1.1.məhdud məsuliyyətli cəmiyyət formasında fəaliyyət göstərən banklar bu Qanunun 19-cu maddəsinin tələblərinə uyğun olaraq səhmdar cəmiyyəti formasında yenidən təşkil edilməlidir;

93.1.2.bankların digər hüquqi şəxslərdə bu Qanunun 33-cü maddəsi ilə qadağan edilmiş fəaliyyəti ilə bağlı iştirakı ləğv edilməlidir.

93.2. Bu Qanunun qüvvəyə mindiyi tarixədək dövlət qeydiyyatından keçmiş xarici bankların yerli nümayəndəlikləri bir il ərzində Mərkəzi Bankda aparılan mərkəzi reyestrdə qeydə alınmalı və bu Qanunun V fəslinə uyğun olaraq hesabat sənədlərini Mərkəzi Banka təqdim etməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver