94.1. Bu Qanunda birbaşa göstərilən hallarla yanaşı, Qanunun IV, VI, VIII, VIII-I, IX, X fəsilləri də eynilə xarici bankların yerli filiallarına şamil edilir.
94.1-1. Bu Qanunun məqsədləri üçün müvafiq şəxslərin məhkumluğu Mərkəzi Bankın sorğusu ilə müvafiq icra hakimiyyəti orqanının verdiyi arayış əsasında müəyyən edilir.
94.2. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
94.3. Bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar 1996-cı il 14 iyun tarixli "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunu və 1995-ci il 19 yanvar tarixli "Bank sirrinin qorunması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin qərarı qüvvədən düşmüş hesab edilir.