23.1. Baytarlıq normativləri (baytarlıq (baytarlıq-sanitariya) və ya zoogigiyena normaları) əhalinin və heyvanların sağlamlığı və ətraf mühit üçün təhlükəsiz olan baytarlıq və baytarlıq (baytarlıq-sanitariya) amillərini xarakterizə edən kəmiyyət və keyfiyyət göstəricilərinin məqbul hədlərini müəyyən edir.
23.2. Baytarlıq normativləri obyektiv və əsaslandırılmış epizootik monitorinq keçirmək, baytarlıq (baytarlıq-sanitariya) sağlamlığına nail olmaq üçün baytarlıq tədbirlərinin həcmini və xarakterini planlaşdırmaq, həmçinin heyvan xəstəliklərinin baş verməsi, yayılması və ləğv edilməsi imkanlarını proqnozlaşdırmaq üçün əsasdır.
23.3. Baytarlıq normativləri baytarlıq qanunvericiliyinə uyğun olaraq aparılan tədqiqatlar əsasında baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tələb və tövsiyələri nəzərə alınmaqla müəyyən edilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
23.4. Baytarlıq normativlərinə əməl edilməsi baytarlıq sahəsində fəaliyyət göstərən, heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, daşınması və ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir.