27.1. Qeyri-dövlət baytarlıq xidmətinə qanunvericiliklə müəyyən olunmuş qaydada baytarlıq sahəsində sahibkarlıq fəaliyyəti göstərən özəl baytarlıq xidməti və əczaçılığı müəssisələri, hüquqi şəxs yaratmadan fərdi baytarlıq xidməti praktikası və baytarlıq əczaçılığı üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daxildir.
27.2. Qeyri-dövlət baytarlıq xidməti dövlət baytarlıq nəzarəti funksiyalarını yerinə yetirə bilməz.