28.1. Özəl baytarlıq xidməti müəssisələri və bələdiyyələr tərəfindən yaradılan hüquqi şəxslər dövlət baytarlıq nəzarətinin səlahiyyətinə aid olan məsələlərdən başqa, qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq xidməti sahəsində digər fəaliyyət növləri ilə məşğul ola bilərlər.
28.2. Özəl baytarlıq xidməti müəssisələri zəruri hallarda müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilən baytarlıq tədbirlərinə həmin özəl baytarlıq xidməti müəssisələrinin razılığı əsasında cəlb edilə bilərlər.