5.1. Baytarlıq xidməti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
5.2. Azərbaycan Respublikasında baytarlıq xidməti ilə baytarlıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili olan fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər məşğul ola bilərlər.
5.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmamışdırsa, xarici ölkələrdə hazırlıq keçmiş
Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər (baytarlıq mütəxəssisləri) və xarici hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında baytarlıq fəaliyyəti ilə məşğul ola bilərlər.
5.4. Fərdi baytarlıq xidməti praktikası ilə məşğul olmaq istəyən fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçota alınır:
5.5. Özəl baytarlıq xidməti fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi şəxslər və baytarlıq preparatlarının istehsalı və satışı ilə məşğul olmaq istəyən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya almalıdırlar.
5.6. Dövlət baytarlıq xidmətini bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan qurumlar həyata keçirir.