Qanunvericilik › Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Baytarlıq sahəsində dövlətin vəzifələri

Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.0. Baytarlıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

6.0.1. baytarlıq sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmək;

6.0.2. baytarlıq sahəsində normativ hüquqi aktlar qəbul etmək;

6.0.4. heyvanların xüsusi təhlükəli xəstəliklərinin profilaktikasına dair dövlət proqramları hazırlamaq və həyata keçirilməsini təmin etmək;

6.0.5. profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısını təsdiq etmək;

6.0.6. karantin və digər məhdudiyyət tədbirləri tətbiq olunan yoluxucu xəstəliklərin siyahısını təsdiq etmək;

6.0.7. Azərbaycan Respublikasının, bir neçə bölgənin və ya bir rayonun (şəhərin) ərazisində karantin rejimini müəyyən etmək;

6.0.8. epizootiya əleyhinə fövqəladə komissiyalar yaratmaq;

6.0.8-1. epizootiya monitorinqinin aparılması qaydasını müəyyən etmək;

6.0.9. dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və

ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili qaydalarını müəyyən etmək;

6.0.10. dövlət baytarlıq nəzarətinin və xidmətinin maliyyələşdirilməsini, inzibati və texniki cəhətdən təchizatını lazımi səviyyədə təmin etmək;

6.0.11. baytarlıq fəaliyyəti ilə əlaqədar ətraf mühitin qorunmasını və ekoloji təhlükəsizliyini təmin etmək;

6.0.12. baytarlıq xidmətləri sahəsində sağlam rəqabət yaradılmasını təmin etmək, onların fəaliyyətini əlaqələndirmək və nəzarət etmək;

6.0.13. baytarlıq sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək, baytarlıq fəaliyyətində istifadə olunan sənədlərin beynəlxalq normalara uyğunlaşdırılmasını təmin etmək;

6.0.14. baytarlıq fəaliyyətinin beynəlxalq təşkilatların tələb və tövsiyələri nəzərə alınmaqla, həyata keçirilməsi üçün lazım olan digər tədbirləri həyata keçirmək;

6.0.15. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver