6.0. Biometrik texnologiyalar aşağıdakı tədbirlər həyata keçirilərkən tətbiq edilir:
6.0.1. üz təsvirlərinin, gözün qüzehli və tor qişasının elektron formada çəkilib toplanılması və qeydiyyatı, fotorobotla təsvirin yaradılması, identifikasiyası və verifikasiyası;
6.0.2. kütlədə şəxsin videomüşahidə üsulu ilə tanınması;
6.0.3. əl-barmaq və ovuc izlərinin elektron formatda çəkilib toplanılması və qeydiyyatı, identifikasiyası və verifikasiyası;
6.0.4. səs fraqmentinin elektron formatda yazılıb toplanılması və qeydiyyatı, identifikasiyası və verifikasiyası;
6.0.5. səs fraqmentinin və onun akustik parametrlərinin analizi;
6.0.6. informasiyanın səs formatından elektron mətn formatına konvertasiyası, mətnin səsləndirilməsi;
6.0.7. kağız üzərində yazı xəttinin və imzanın elektron formatda surətinin çıxarılıb toplanılması və qeydiyyatı, identifikasiyası və verifikasiyası;
6.0.8. yazı xəttinin analizi;
6.0.9. DNT analizi, analizin nəticələrinin elektron formatda toplanılması və qeydiyyatı, şəxsin identifikasiyası.