4.1. Azərbaycan Respublikasının büdcə sisteminə daxil olan büdcələr və büdcə təşkilatları, habelə büdcədənkənar dövlət fondları üzrə maliyyə əməliyyatlarının (o cümlədən büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlarının) müqayisəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasında vahid büdcə təsnifatı tətbiq olunur.
4.2. Büdcə təsnifatı büdcə gəlirlərinin təsnifatından, büdcə xərclərinin funksional, iqtisadi, inzibati və sair prinsiplər əsasında tərtib olunmuş təsnifatından ibarətdir. Büdcə təsnifatının gəlirlər, funksional, iqtisadi, inzibati və sair üzrə tərkibi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.