10.1. Çay əkini materialları müvafiq elmi tədqiqat müəssisələrində və ya müqavilə şərtləri ilə elmi tədqiqat müəssisələrinin nəzarəti altında ixtisaslaşdırılmış tinglik müəssisələrində və çayçılıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin şəxsi təsərrüfatlarında istehsal olunur.
10.2. Azərbaycan Respublikasında istehsal edilən və satılan çay əkini materiallarına qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlara fitosanitar sertifikatı və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı verilir.
10.3. Çay və çay məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.
10.4. Çay əkini materiallarının istehsalı, saxlanması, qablaşdırılması, daşınması və satışı qaydalarını və şərtlərini, habelə keyfiyyət göstəricilərini tənzimləyən təlimatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.