11.1. Yaşıl çay yarpağının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində normalaşdırma, bu məhsulların keyfiyyəti və təhlükəsizliyinə dair tələblər, onların ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası şərtləri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.
11.2. Yaşıl çay yarpağının becərilməsində istifadə edilən kimyəvi maddələrin, bioloji və digər preparatların yol verilən hədləri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla tənzimlənir.