12.1. Yaşıl çay yarpağının emalı xüsusi texnologiyalar əsasında yarpağın ilkin emalını və çay məhsullarının istehsalını əhatə edir və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara və təsdiq edilmiş resepturaya uyğun olaraq həyata keçirilir.
12.2. Əmtəəlik yaşıl çay yarpağının məhsullarının istehsalı üçün istifadə olunan bütün avadanlıq və vasitələrə dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
12.3. Çay məhsullarının tərkibindəki kofeinin və taninin miqdarı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilmiş həddən az, nəmliyi və metalmaqnit qarışıqlarının miqdarı isə çox ola bilməz.
12.4. Çay məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlar mütləq qaydada elektron nəzarət cihazları və avtomatlaşdırılmış kütlə nəzarət sayğacları ilə təchiz edilməlidir.
12.5. Yaşıl çay yarpağının emalında tərkibində narkotik vasitələr və psixotrop maddələr olan kimyəvi, bioloji və digər preparatların istifadəsinə yol verilmir.
12.6. Yeni çay markası istehsalata hazırlanarkən onların tərkibinin, keyfiyyət göstəricilərinin, insan orqanizmi üçün təhlükəsizliyinin və yararlılıq müddətinin müvafiq qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğunluğu müəyyən olunur, bu göstəricilər məhsulun normativ sənədlərinə daxil edilir.
12.7. Keyfiyyət göstəricilərinin müvafiq standartla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında çay məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılır. Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.