18.1. Çay məhsullarının idxalı və ixracı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
18.2. Çay məhsullarının idxalı yerli çay istehsalı nəzərə alınmaqla Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq gömrük tarifləri vasitəsilə tənzimlənir.
18.3. Azərbaycan Respublikasına idxal olunan çay məhsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş idxal sağlamlıq aktına malik olmalıdır. Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş çay və çay məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir.
18.4. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, çay məhsullarının ixracına məhdudiyyət qoyulmur.