19.1. Sahibkarlıq subyektlərində yoxlamaların aparılması, o cümlədən məhdudlaşdırıcı tədbirlərin tətbiqi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
19.2. Dövriyyədən çıxarılmış çay məhsullarının məhv edilməsi və ya istifadə edilməsi “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir.