Qanunvericilik › Çayçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. Çay məhsullarının saxtalaşdırılmadan qorunması, minimum keyfiyyətinə və təhlükəsizliyinə nəzarət

Çayçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

22.1. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qida zənciri obyektləri (subyektləri) qeydiyyata alınmayan və ya təsdiq olunmayan və idxal sağlamlıq aktına malik olmayan, patent hüququ başqasına məxsus olan, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun istehsal edilməmiş çay məhsulları saxta hesab olunur.

22.2. Çay məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.

22.3. İstehlakçılar və qeyri-hökumət təşkilatları çay məhsullarının keyfiyyətinə nəzarəti həyata keçirə bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver