21.1. Azərbaycan Respublikasında istehsal edilən və ölkəyə gətirilən çay məhsulları “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhlil edilir və qiymətləndirilir. Təhlil üçün götürülmüş məhsulların miqdarı müvafiq normativ aktlarla müəyyən edilir, dəyəri və laboratoriya xərcləri idxalçının hesabına ödənilir. Keyfiyyət göstəricilərinin qiymətləndirilməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş sınaq laboratoriyalarında vahid metodika üzrə aparılır.
21.2. Çay məhsullarının tərkibində insanların həyatı və sağlamlığı üçün zərərli maddələrin miqdarı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla tənzimlənir.