Qanunvericilik › Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Uşaqların və yeniyetmələrin sosial müdafiəsi, tibbi təminatı və sağaldılması

Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla - uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı; il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların sosial müdafiəsi, tibbi təminatı və sağaldılması üçün aşağıdakı əlavə güzəştlər verilir:

1. Valideynlərdən birinin, yaxud onu əvəz edən şəxsin işlədiyi müəssisənin, idarənin və ya təşkilatın, yaxud sosial təminat orqanlarının hesabına müvafiq profilli sanatoriyalarda, o cümlədən “Ana və uşaq” sanatoriyalarında tibbi şəhadətnamə üzrə sanatoriya-kurort müalicəsi almaq.

2. (Çıxarılıb)

3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada resept üzrə dərman almaq və ildə bir dəfə sanatoriya-kurort müalicəsi ilə təmin olunmaq (nəqliyyat xərcləri daxil olmaqla).

4. (Çıxarılıb)

5. Uşaqlar və yeniyetmələr qan yaradan orqanların xəstəliyi (kəskin leykozlar), qalxanvari vəzilərin xəstəliyi (adenomlar, xərçəng) hallarında, yaman şişlərin əmələ gəldiyi hallarda nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququna malikdirlər.

6. Tam həcmdə təqaüd almaq.

6-1. Təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.8-1-ci maddəsi ilə tənzimlənir.

8. 14 yaşınadək uşaqların valideynlərindən birinə iş stajından asılı olmayaraq, xəstə uşağa baxmağa görə orta əmək haqqının 100 faizi həcmində xəstəlik vərəqəsi ödənilir.

9. Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən şəxslərin sırasından olan qadınlara hamiləlik dövründə ixtisaslaşdırılmış tibb müəssisələrində sağlamlaşdırılmaq üçün putyovka, və hamiləliyə və doğuşa görə qanunvericiliklə müəyyən edilmiş məzuniyyət verilir. Uşağa qulluq üzrə qismən ödənişli məzuniyyət qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş müavinətdən iki dəfə artıq məbləğdə ödənilir. Hamilə qadınlar müəyyən edilmiş normalar üzrə əlavə qida ilə təmin edilirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver