QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 102

Maddə 102. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə işinin əsas

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

formaları

102.1. Məhkumların islah edilməsi məqsədi ilə cəzaçəkmə müəssisələrində əxlaqı, hüquqi, əmək, fiziki və başqa tərbiyə tədbirləri həyata keçirilir.

102.2. Məhkumlarla tərbiyə işi pedaqoji və psixoloji üsullara əsasən cəzaçəkmə müəssisəsinin növü, cəzanın müddəti, fərdi, qrup və kütləvi şəkildə saxlanma şərtləri nəzərə alınmaqla, fərqləndirilmiş qaydada aparılır.

102.3. Məhkumlarla tərbiyə işi aparılarkən mediadan, o cümlədən radio və televiziyadan, kinofilmlərə baxışdan istifadə edilir, kitabxanalar təşkil edilir.

102.4. Tənbeh tədbiri qismində intizam və cərimə təcridxanalarına, birnəfərlik kameralara, kamera tipli otaqlara, həbsxanalarda ciddi saxlanma şəraitinə, habelə bu məcəllənin 70.4.3-cü maddəsinə əsasən həbsxanaya keçirilmiş məhkumlara televiziya proqramlarına baxmağa icazə verilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver