QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 108

Maddə 108. Cəzanın icrası qaydalarının qərəzli pozulması

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

108.1. Cəzanın icrası qaydalarının qərəzli pozulması aşağıdakı hallar hesab olunur:

108.1.1. alkoqol və ya digər güclü təsir göstərən maddələri qəbul etmək;

108.1.2. narkotik vasitələri və ya psixotrop maddələri qəbul etmək;

108.1.3. xırda xuliqanlıq;

108.1.4. cəzaçəkmə müəssisəsinin işçi heyətini hədələmək, təhqir etmək və ya onların qanuni tələblərinə tabe olmamaq;

108.1.5. xidməti borclarını yerinə yetirən digər dövlət nümayəndələrini hədələmək və ya təhqir etmək;

108.1.6. qrup halında tabe olmamaq və ya belə qruplarda fəal iştirak etmək;

108.1.7. il ərzində üç dəfədən çox tənbeh edilmək. 108.1-1. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası qaydalarının qərəzli pozulması, həmçinin aşağıdakı hallar hesab edilir: 108.1-

1.1. məhkumun cəzaçəkmə müəssisəsini icazəsiz tərk etməsi; 108.1-

1.2. məhkumun üzrsüz səbəbdən ayda iki dəfədən çox cəzaçəkmə müəssisəsinə vaxtında qayıtmaması.

108.2. Rejimin qərəzli pozulması məhkuma tənbeh tədbirlərinin tətbiq edilməsi ilə eyni vaxtda cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver