tədbirləri
107.1. Cəzanın icrası qaydalarını pozan məhkumlara aşağıdakı tənbeh tədbirləri tətbiq edilə bilər:
107.1.1. xəbərdarlıq;
107.1.2. töhmət;
107.1.3. cəzaçəkmə müəssisələrində və həbsxanalarda saxlanılan kişi məhkumları on beş günədək, qadın məhkumları isə on günədək müddətə cərimə təcridxanasına keçirmək;
107.1.4. xüsusi rejimli cəzaçəkmə müəssisələrində saxlanılan məhkumları adi yaşayış binalarından kamera tipli otaqlara keçirmək.
107.2. Cəzanın icrası qaydaları qərəzli pozulduqda ümumi və ciddi rejimli cəzaçəkmə müəssisələrində saxlanılan kişi məhkumları bir aydan altı ay müddətinədək kamera tipli otaqlara, xüsusi rejimli cəzaçəkmə müəssisələrində saxlanılan məhkumları bir aydan altı ay müddətinədək birnəfərlik kameralara, həbsxanalarda saxlanılan məhkumları iki aydan altı ayadək müddətə ciddi saxlanma şəraitinə keçirmək növündə tənbeh tədbiri tətbiq edilə bilər. Bu tənbeh tədbirləri yalnız bu Məcəllənin 107.1.1-107.1.3-cü maddələrində nəzərdə tutulmuş tənbeh tədbirləri verilmiş məhkumlara tətbiq edilə bilər.
107.3. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlara bir ay müddətində müəssisədən kənara çıxmağın və ya üç ay ərzində istirahət və bayram günlərini cəzaçəkmə müəssisəsindən kənarda keçirməyin qadağan edilməsi kimi tənbeh tədbirləri, yaxud bu Məcəllənin 70-ci maddəsində n Maddə 107. … irahət və bayram günlərini cəzaçəkmə müəssisəsindən kənarda keçirməyin qadağan edilməsi kimi tənbeh tədbirləri, yaxud bu Məcəllənin 70-ci maddəsində nəzərdə tutulmuş qaydada digər tənbeh tədbirləri tətbiq edilir.
107.4. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlara bu Məcəllənin 107.2-ci maddəsində nəzərdə tutulmuş tənbeh tədbiri tətbiq edilmir.
107.5. Cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlara bu Məcəllənin 70-ci maddəsində nəzərdə tutulmuş qaydada digər tənbeh tədbirləri tətbiq edilə bilər.
107.6. Həvəsləndirmə tədbiri qaydasında saxlanılma şəraiti yaxşılaşdırılmış məhkum barədə bu Məcəllənin 107.1-107.3, 107.5 və 125-ci maddələrində nəzərdə tutulmuş tənbeh tədbiri tətbiq edildikdə yaxşılaşdırılmış saxlanılma şəraiti ləğv edilir.