QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 121

Maddə 121. Həbsxanalarda cəzanın icrası şərtləri

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

121.1. Təsərrüfat və məişət xidməti işi üçün cəlb olunmuş şəxslər istisna olmaqla məhkumlar həbsxanada ümumi kameralarda saxlanılırlar. Zəruri hallarda məhkumlar həbsxana müdiriyyətinin əsaslandırılmış qərarı ilə birnəfərlik kameralarda saxlanıla bilərlər.

121.2. Həbsxanada məhkumlar kameralar üzrə bu Məcəllənin 72.1—72.3 və 72.5-ci maddələrinin tələblərinə əməl olunmaqla yerləşdirilirlər. Ümumi və ciddi saxlanma şəraitində saxlanılan şəxslər, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər və təsərrüfat və məişət xidməti işi üçün həbsxanada saxlanılan məhkumlar bir-birindən təcrid olunmuş halda və ayrılıqda saxlanılırlar.

121.3. Həbsxanalarda ümumi saxlanma şəraitində məhkumlar:

121.3.1. qida məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda iyirmi beş manatadək miqdarda pul xərcləyə bilərlər;

121.3.2. il ərzində qısa müddətli dörd görüş və uzun müddətli iki görüş almaq hüququna malikdirlər;

121.3.3. il ərzində altı bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər;

121.3.4. hər gün bir saat gəzinti hüququna malikdirlər.

121.4. Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda, həbsxanada çəkilməsi müəyyən olunmuş cəza müddətinin ən azı yarısını çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq:

121.4.1. qida məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər; [ Maddə 121. … Bu halda məhkumlar əlavə olaraq:

121.4.1. qida məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;

121.4.2. il ərzində uzun müddətli bir görüş almaq hüququna malikdirlər;

121.4.3. il ərzində altı bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

121.5. Həbsxanalarda ciddi saxlanma şəraitində məhkumlar:

121.5.1. qida məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;

121.5.2. altı ayda bir bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər;

121.5.3. altı ayda bir qısa müddətli görüş almaq hüququna malikdirlər;

121.5.4. hər gün bir saat gəzinti hüququna malikdirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver