122.1. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər həbsxanalarda kameralarda saxlanılırlar. Bu məhkumlar:
122.1.1. qida məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda iyirmi beş manatadək miqdarda pul xərcləyə bilərlər;
122.1.2. il ərzində qısa müddətli altı görüş və uzun müddətli iki görüş almaq hüququna malikdirlər;
122.1.3. il ərzində səkkiz bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər;
122.1.4. hər gün bir saat gəzinti hüququna malikdirlər.
122.2. Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda, təyin olunmuş cəzadan ən azı on il keçdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq:
122.2.1. qida məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda iyirmi beş manatadək miqdarda pul xərcləyə bilərlər;
122.2.2. il ərzində qısa müddətli iki görüş və uzun müddətli bir görüş almaq hüququna malikdirlər;
122.2.3. il ərzində iki bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər;
122.2.4. il ərzində dörd dəfə telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malikdirlər.
122.3. Yaxşılaşdırılmış saxlanılma şəraiti ləğv edildikdə, bu həvəsləndirmə tədbiri müvafiq qərarın qəbul olunduğu vaxtdan üç il keçdikdən sonra yenidən tətbiq edilə bilər. XV fəsil Yetkinlik yaşına çatmayan məhkumların azadlıqdan məhrum etmə növündə cəza çəkməs Maddə 122. … ğu vaxtdan üç il keçdikdən sonra yenidən tətbiq edilə bilər. XV fəsil Yetkinlik yaşına çatmayan məhkumların azadlıqdan məhrum etmə növündə cəza çəkməsinin xüsusiyyətləri