QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 13

Maddə 13. Məhkumların vicdan və dini etiqad azadlığının təmin edilməsi

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Məhkumların vicdan və dini etiqad azadlığına təminat verilir. Onlar istədikləri dinə etiqad etmək və ya etməmək hüququna malikdirlər.

13.2. Məntəqə tipli cəzaçəkmə müəssisələrində məhkumların xahişi ilə onlara cəzanın icra edildiyi inzibati ərazi vahidi hüdudları daxilində ibadət yerlərinə getməyə icazə verilə bilər.

13.3. Müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış dini birliklərin din xadimləri məhkumların xahişi ilə cəzaçəkmə müəssisələrinə dəvət olunurlar. Məhkumlara cəzaçəkmə müəssisələrində dini ayinləri yerinə yetirməyə, dini ləvazimat və ədəbiyyatdan istifadə etməyə icazə verilir. Bu məqsəd üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti müvafiq yer ayırır.

13.4. Din xadimlərinin şəxsi təhlükəsizliyi təmin olunmaqla, onlar xüsusi rejimli cəzaçəkmə müəssisələrinin birnəfərlik kameralarında, intizam və cərimə təcridxanalarında, kamera tipli otaqlarda saxlanılan məhkumların yanına buraxıla bilərlər.

13.5. Ağır xəstəliyi ilə əlaqədar həyatı üçün təhlükə yaranan məhkumların xahişi ilə din xadimləri zəruri dini ayinləri yerinə yetirmək üçün cəzaçəkmə müəssisələrinə dəvət oluna bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver