QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 14

Maddə 14. Məhkumların müraciətləri və onlara baxılması qaydaları

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Məhkumların təklif, ərizə və şikayətləri yazılı və şifahi verilə bilər.

14.2. Azadlıqdan məhrum edilmiş şəxslərin bu Məcəllənin 10.2.12-ci maddəsində göstərilən təşkilatlara ünvanlanmış təklif, ərizə və şikayətləri cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən göndərilir. Digər cəza növlərinə məhkum edilmiş şəxslər təklif, ərizə və şikayətlərini sərbəst göndərirlər.

14.3. Məhkumların cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxslərinin qərar və hərəkətlərinə dair təklif, ərizə və şikayətləri həmin qərarların və hərəkətlərin icrasını dayandırmır.

14.4. Məhkumların təklif, ərizə və şikayət göndərdiyi orqan və ya vəzifəli şəxslər onlara qanunvericiliklə müəyyən edilmiş müddətdə baxmalı və nəticəsi barədə məhkuma yazılı məlumat verməlidirlər.

14.5. Cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkumları müəyyən edilmiş və onlara bildirmiş günlərdə və saatlarda qəbul edir. III fəsil Cəzanı və cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və orqanlar, onların fəaliyyətinə nəzarət

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver