QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 15

Maddə 15. Cəzanı və cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və orqanlar

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. İctimai işlər növündə cəza məhkumun yaşadığı, cərimə növündə cəza və xüsusi müsadirə növündə cinayət-hüquqi tədbiri isə hökmü çıxaran məhkəmənin, həmçinin məhkumun işlədiyi və ya onun əmlakının olduğu yerin icra məmuru tərəfindən icra edilir. 15.1-1. Hüquqi şəxslərə tətbiq edilən cərimə və xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirlər hüquqi şəxsin olduğu yerin icra məmuru tərəfindən icra edilir. 15.1-2. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və hüquqi şəxsi ləğvetmə növündə cinayət-hüquqi tədbirlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.

15.2. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.

15.3. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza məhkumun yaşayış yeri üzrə icra məmuru və ya cəzaçəkmə müəssisələrinin müdiriyyəti tərəfindən icra edilir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza barəsində hökmün tələbləri məhkumun iş yeri üzrə, həmçinin qanuna uyğun olaraq fəaliyyətin müvafiq növü ilə məşğul olmağa icazəni ləğv etmək səlahiyyəti olan orqanlar həyata keçirir.

15.4. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəz Maddə 15. … ilə məşğul olmağa icazəni ləğv etmək səlahiyyəti olan orqanlar həyata keçirir.

15.4. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzanı nəqliyyat vasitəsini idarəetmə hüququnu verən orqan icra edir.

15.5. İslah işləri növündə cəzanı icra məmuru icra edir. 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir.

15.6. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrasını müvafiq cəzaçəkmə müəssisələri həyata keçirirlər.

15.7. Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə növündə cəza hökmü çıxaran məhkəmə tərəfindən icra edilir. Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə barəsində hökmün tələbləri həmin rütbəni, fəxri adı və ya dövlət təltifini verən orqan tərəfindən həyata keçirilir.

15.8. Hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri, intizam xarakterli hərbi hissədə saxlama növündə cəza isə bu məqsədlər üçün yaradılmış hərbi hissənin komandiri tərəfindən icra edilir.

15.9. Şərti məhkum edilmiş məhkumlara nəzarəti icra məmurları həyata keçirir.

15.10. İntizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslərin cəzalarının icrası və çəkilməsi qaydalarının həyata keçirilməsi mexanizmi, bu cəza növlərinin xüsusiyyətlərinə uyğun olaraq müvafiq icra h Maddə 15. … ş şəxslərin cəzalarının icrası və çəkilməsi qaydalarının həyata keçirilməsi mexanizmi, bu cəza növlərinin xüsusiyyətlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş Daxili İntizam Qaydaları ilə müəyyən edilir.

15.11. Cəzaları icra edən müəssisələr və ya orqanlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılır və ya ləğv edilir. Qeyd: Bu Məcəllədə “icra məmuru” dedikdə “ Dövlət icra məmurları haqqında ” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fəaliyyət göstərən dövlət icra məmurları nəzərdə tutulur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver